2019-dan bu günə: Slash-ın hekayəsi
Hər şey qadınların uzun illər sevərək geyinəcəyi blazerlər yaratmaq istəyi ilə başladı.
2019-cu ildə Slash-ı yaradarkən məqsədimiz sadəcə yeni geyim modelləri hazırlamaq deyildi. Qadınların gündəlik həyatında özünü rahat, güvənli və fərqli hiss edə biləcəyi blazerlər yaratmaq istəyirdik.
Bu düşüncə ilə ilk modellərimizi hazırladıq. Zaman keçdikcə fərqli üslubları, qadınların seçimlərini və yaxşı bir blazerdən gözləntilərini daha yaxından tanıdıq. Hər yeni model Slash-ın sadə, güclü və zamansız üslubunu bir az da formalaşdırdı.
Özümüz dizayn edirik
Hər Slash modeli öz dizayn xəttimiz əsasında yaradılır. Formadan parça seçiminə, düymələrdən ən kiçik detallara qədər hər mərhələni diqqətlə düşünürük.
Sifarişdən sonra hazırlayırıq
Modellərimiz kütləvi şəkildə istehsal edilmir. Sifariş daxil olduqdan sonra seçdiyiniz blazer dərzi komandamız tərəfindən diqqətlə hazırlanır və hər detalı yoxlanıldıqdan sonra sizə təqdim olunur.
Uzun müddət sevilsin deyə
Biz yalnız bir mövsüm üçün seçilən deyil, illər keçsə də qarderobunuzda öz yerini qoruyan blazerlərə inanırıq. Buna görə də sadə görünüşü, rahatlığı və zamansız detalları bir araya gətiririk.
Bu gün Slash
2019-cu ildə başlayan bu hekayə bu gün də eyni sevgi və diqqətlə davam edir. Hər sifariş bizim üçün sadəcə bir məhsul deyil, Slash-ın hekayəsindən sizin qarderobunuza əlavə olunan xüsusi bir parçadır.